İrandakı səhiyyənin vəziyyətindən Oktay Şirəliyevə şikayət

İrandakı səhiyyənin vəziyyətindən Oktay Şirəliyevə şikayət
18:32 22 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Vətəndaşlar İranın səhiyyə sistemindən Oqtay Şirəliyevə şikayət ediblər
Səhiyyə naziri Oqtay Şirəliyevin Saatlı rayonunda qəbulu zamanı vətəndaşlar İran İslam Respublikasının səhiyyə sistemindən nazirə şikayət ediblər.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirin Saatlıda keçirilən qəbulunda vətəndaşların müraciətlərinin əsas hissəsini xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından, fəsadlaşmış halda ölkəmizə dönmüş və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımız təşkil edib.

Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Ümumilikdə, qəbula gələn 40-a yaxın şəxsin müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR