"Dnepr"in yarımmüdafiəçisi Yevgeni Konoplyanka karyerasını "Sevilya"da davam etdirməyə yaxındı.
Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, Əndəlusiyanın paytaxtına gələn ukraynalı futbolçu artıq tibbi müayinədən uğurla keçib. Transferin rəsmiləşməsi üçün Konoplyankanın müqaviləyə imza atması gözlənilir.
Daha öncə tərəflərin razılığa gəldiyi barədə xəbər vermişdik. 2014-15 mövsümündə Ukrayna Premyer Liqasında 21 matçda meydana çıxan Konoplyanka 7 qol, 4 məhsuldar ötürməylə yadda qalıb.