Avropanın bir sıra nəhəng klubları "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanı heyətlərində görmək istəyirlər.
Metbuat.az-ın məlumatına görə, fransız futbolçu gələcəyi barədə maraqlı açıqlamalar verib:
"Titullar qazanmaq istəyirəm. Keçən mövsüm 2 medal qazandıq. Ancaq mən hələ də uğura acam. Yenə də qalib olmaq istəyirəm.
Tez-tez "Barselona"ya, PSJ-yə keçəcəyimi eşidirəm. Amma əslində, heç kim mənim gələcəyimi bilmir. Heç kim menecerimlə, ailəmlə, yaxınlarımla nələr danışdığımı bilmir.
Futbolda söz-söhbətlər həmişə olur".
Daha öncə Poqbanın "Barselona"ya keçəcəyi barədə xəbərlər yayılmışdı.