"Mançester Yunayted" "Tottenhem"in hücumçusu Harri Keyni transfer etmək üçün cəhdlərini davam etdirir.

Metbuat.az "Daily Star"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ingilis futbolçuya görə "Tottenhem"ə 40 milyon funt (56 milyon avro) təklif edib. MY rəhbərliyi zamanla Keynin Ueyn Runini əvəzləyə biləcəyini düşünür.

2014-15 mövsümündə Premyer Liqada 34 matçda meydana çıxan Keyn 21 qol, 4 assistlə yadda qalmışdı. O, Liqanın ikinci ən məhsuldar oyunçusu olmuşdu.