Bakı, 6 iyul, Nihat Budaqov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində Almaniyanın "RMA Pipeline Equipment" şirkəti ilə TAP-ın böyük diametrli top klapan və işəsalan qurğularla (aktuatör) təchizatı məqsədilə müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, bu elementlər boru kəmərinin kritik bir hissəsidir. Həmin işləri Yunanıstan, İtaliya və Albaniyadakı TAP-ın quru hissəsində podratçı şirkətlər həyata keçirəcək.
Müqavilə üzrə işlər çərçivəsində 55 klapanın alınması nəzərdə tutulur.
Uzunluğu təxminən 870 kilometr olan “Trans-Adriatik” boru kəməri layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).