Bakı, 6 iyul, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2013-cü il 12 fevral tarixli Qərarı ilə təsdiq edilmiş "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları"nın tələblərini mütəmadi surətdə pozduğuna görə "İnterneyşnl Tranzakşn Sistem" MMC-yə broker və diler fəaliyyəti üçün verilmiş lisenziyalar dayandırılıb.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 13 diler fəaliyyəti, qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə 2, depozitar fəaliyyəti üzrə 2, fond birjası fəaliyyəti üzrə 1 və klirinq fəaliyyəti üzrə 1, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılığı (lisenziyası) qüvvədədir.