Müasir dünyada qadının həyat yoldaşından daha məşhur olduğu hallara da rast gəlinir. Digər sahələrdə olduğu kimi, futbolda da belədir.Goal.az futbolçuların ən məşhur həyat yoldaşı və rəfiqələrini təqdim edir.

- Federika Narqi. İtaliyada televiziyanın tanınmış siması olan Narqi Alessandro Matrinin nişanlsıdır. Onlar 2009-cu ildə nişanlanıblar. Bu, Matriyə yaxşı mənada təsir göstərdi. Hücumçu "Juventus"un heyətində skudettonun sahibi oldu və bombardirlik keyfiyyətlərini göstərə bildi. Federika isə "Mediaset" kompaniyasında xəbərlər verilişinin aparıcısıdır. Maraqlıdır ki, Narqinin bütün qohumları "İnter" klubuna azarkeşlik edir.

- Lena Herke. Almaniyanın məşhur aparıcısı və modelidir. 2011-ci ildən Sami Xedira ilə münasibətdədir. Tərəflər, hələ ki, evlənməyə tələsmirlər.

- Ebiqeyl Klensi İngiltərənin ən cəlbedici modellərindən biri hesab edilir. Klensi 2006-cı ildə "Ən yaxşı top-model" müsabiqəsində qalib olandan sonra "Dumanlı Albion"da məşhurlaşdı. Həmin vaxt "Liverpool"da çıxış edən Piter Krauç Klensi ilə tez-tez onunla görünməyə başladı. Hazırda cütlüyün bir qız övladı var.

- "Aston Villa"nın futbolçusu Tom Kleverlinin həyat yoldaşı Corcinya Dorsett də İngiltərə televiziyasındakı fəaliyyəti ilə tanınır. O, həm də aktrisalıq və model biznesi ilə məşğul olur. Dorsett Kleverli ilə 2012-ci ildən görüşür. İngilis futbolçudan 5 yaş böyük olsa da, cütlük mehriban yaşayır və 1 oğul övladına sahibdir.

- Kevin-Prins Boatenqin rəfiqəsi Melissa Satta qanalı futbolçu kimi parlaq, emossional qadındır. Onlar 2012-ci ildən münasibət qurublar və hazırda 1 oğulları var.
- "Manchester United"in kapitanı Runi və həyat yoldaşı Kolin a

rtıq uzun müddətdir ki, birlikdədir. Kloin tanınmış biznes-ledi, jurnalist və TV aparıcısıdır. Onun şəxsi sərvəti 13 milyon funtdur. 2008-ci ildə İtaliyada ailə quran cütlüyün toy mərasimindən eksklüziv fotolar çəkmək üçün "OK!" jurnalı 5 milyon funt ödəmişdi.

- Buffon təxminən 8 il çexiyalı model Alena Seredova ilə münasibətdə idi. Lakin bir müddət öncə italyan qolkiper "Sky İtalia"nın jurnalisti İlario D`amiko ilə görünməyə başladı. Ötən ilin oktyabrından İlario və Buffon artıq birlikdə olduqlarını gizlətmirlər.

- Serxio Ramos isə özündən 8 yaş böyük Pilar Rubio ilə görüşür. Rubio "Real"ın müdafiəçisinin həyatında 2012-ci ildə meydana çıxdı. Teleaparıcı və aktrisa Ramosu "Qızıl top" mərasimində müşaiyət edirdi. 2014-cü ilin mayında Ramos ata oldu. Oğlanı isə Serxio Ramos Rubio adlandırdılar. Hazırda cütlük növbəti dəfə övlad sevinci yaşamağa hazırlaşır.

- İker Kasilyasın 2010-cu ildə Sara Karboneronu canlı efirdə öpməsi İspaniyanın dünya çempionluğu ilə yanaşı, yayın ən çox xatırlanan hadisəsi olmuşdu. Karbonero və Kasilyasın hələ 2009-cu ildən görüşdüyü güman edilsə də, cütlük bunu 1 il sonra biruzə verdi. 2012-ci ildə nişanlanan cütlüyün ötən il Martin Kasilyas Karbonero adlı övladı dünyaya gəldi.

- Futbol dünyasının ən tanınmış "gəlini", şübhəsiz, Şakira hesab olunur. "Barcelona"nın müdafiəçisi Jerar Pike ilə münasibətdə olan kolumbiyalı ifaçı ondan düz 10 il böyükdür. 2013 və 2014-cü ildə Şakira "Forbes" jurnalı tərəfindən dünyanın ən məşhur 100 qadını sırasına daxil edilmişdi. Onların Milan və Saşa adlı iki övladı var.

Milli.Az