Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İltifat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ. Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Əliyev dələduzluq yolu vətəndaşların pullarını mənimsəyib. Zərərçəkmişlərin şikayətindən sonra İ. Əliyev saxlanılaraq istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.