Bakı, 7 iyul, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi növbəti iki oyunun yeri və vaxtı müəyyənləşib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan millisi sentyabrın 4-də Avstriya, dörd gün sonra isə Almaniya yığması ilə qarşılaşacaq.
Hər iki qarşılaşma "Dalğa Arena" stadionunda təşkil olunacaq.