Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan və Rusiya alimləri Günəş fizikası və kosmik hava problemlərinin həlli istiqamətində sıx əməkdaşlıq edirlər. Bu sahə üzrə geniş birgə fəaliyyətimiz var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Rusiya Elmlər Akademiyasının Nikolay Puşkov adına Yer Maqnetizmi, İonosfer və Radio Dalğalarının Yayılması İnstitutunun nümayəndəsi Vitali İşkov söyləyib. Rusiyalı mütəxəssis bildirib ki, Azərbaycan alimləri bu sahədə böyük nailiyyətlər əldə ediblər.