Tovuz, 9 iyul, AZƏRTAC
Tovuz rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları Azərbaycan Daxili İşlər Nazirliyinin göstərişi əsasında Tovuz Rayon İcra Hakimiyyəti ilə birlikdə tərtib edilən qrafik əsasında ucqar dağ kəndlərində yaşayan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıblar.
Rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin baş inspektoru, polis mayoru Kamil Quliyev AZƏRTAC-a bildirib ki, məqsəd noyabr ayında keçiriləcək parlament seçkilərində hər bir vətəndaşın seçkilərdə iştirakını təmin etmək üçün vəsiqələrin verilməsidir.
Bu vaxtadək 20-dən çox ərazi vahidliyində 234 vətəndaş yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunub.
Cari ilin altı ayında 8965 nəfərə şəxsiyyət vəsiqəsi verilib. Bunlardan 1725 nəfəri azyaşlıdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 317 nəfər çoxdur. Bundan başqa, 390 nəfərin itmiş vəsiqəsi bərpa olunub.