Bakı, 10 iyul, AZƏRTAC
AZAL futbol klubu yeni mövsüm üçün hazırlaqlarını davam etdirir.
Klubdan AZƏRTAC-a bildiriblər ki, komanda yay hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirib. AZAL Topaz Premyer Liqasına vəsiqə qazanan "Kəpəz" ilə qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüşdə "Kəpəz" 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, AZAL növbəti oyununu iyulun 11-də "Sumqayıt"a qarşı keçirəcək. Görüş Sumqayıtdakı "Kapital Bank Arena"da təşkil olunacaq.