Mədəniyyət və Turizm Nazirliyi bir neçə teatr xadimini təltif edib

12:27 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:24 ]


Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Cənnət Səlimova 75 illik, Şəki Dövlət Dram Teatrının aktyorları Xanlar Həşimzadə və Oqtay Əhmədov isə 60 illik yubileyləri münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif ediliblər.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, professor C.Səlimova Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, İ.Kalmanın “Silva”, “Maritsa”, tamaşalarına və Opera və Balet Teatrında R.Leonkavallo “Payatsi”, C.Verdinin “Traviata”, C.Puççini “Boqema” operalarına quruluş verib. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışır.

 

Xanlar Həşimzadə müxtəlif illərdə Şəki Dövlət Dram Teatrında U.Şekspirin “Kral Lir” faciəsində Fransız Kral, M.F.Axundzadənin “Hacı Qara”sında Hacı Qara, “Lənkəran xanın vəziri”ndə Mehtər Kərim, H.Cavidin “İblis”ində İxtiyar və digər obrazlar yaradıb.

 

Şəki Dövlət Dram Teatrının digər aktyoru Oqtay Əhmədov isə U.Şekspirin "Romeo və Culyetta" əsərində Əczaçı, B.Brextin "Arturo Uinin karyerası"nda Ölüm, Vannusun "Şah ya qeyrisi, şah elə şahdır" tamaşasında Təlxək və s. obrazları ilə yadda qalıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR