Karl Lagerfeld bacısından, o da qardaşından şikayətlənir - FOTO

Karl Lagerfeld bacısından, o da qardaşından şikayətlənir - FOTO
12:32 23 Yanvar 2015
565 Maraqlı
Ölkə mətbuatı
A- A+

Chanel brendinin kreativ direktoru Karl Lagerfeldin işini ailəsindən üstün tutması barədə iddialar dolaşsa da, artıq hər şey təsdiqlənir.
82 yaşlı dizayner ötən həftə New York Times-a verdiyi müsahibəsində "ailəm, qohumlarım, yaxınlarım yoxdur - tək yaşayıram" söyləmişdi.
 
"Daha doğrusu, bacım var və o, ABŞ-da yaşayır. Fəqət o bacı mənimçün yox kimidir. Onunla heç bir əlaqəm yoxdur. Yaxın, hətta qohum qismində isə sevimli manekenlərim Ceyk Deyvis, Batist Cabikoni və Bred Kroniqi sayıram", - K.Lagerfeld deyib.
 
Bu manekenləri kuturye ilə çox yaxın əlaqələrə görə "Lagerfeldin oğlanları" adlandırırlar.
"Heç zaman övladlarım olmayıb və onları oğullarım sayıram. Onlar olmayan ailəmi əvəzləyirlər. Mənim seçimim, mənim həyatımdır. Amerikadakı bacımı 40 ildir ki, görmürəm. Onun övladları hətta Milad bayramlarında mənə açıqca yollayıb təbrik də etməyiblər", - Karl Lagerfeld söyləyib.
 
Dünyanın ən məşhur dizaynerlərindən birinin böyük bacısı, 83 yaşlı Kristiana Conson isə qardaşını 45 ildən bəri görmədiyini söyləyib.
 
"İmkanım olsaydı, onu görmək istəyərdim. Övladlarıma gəldikdə isə onlar dayılarını yalnız televizorda, jurnallarda, internetdə görüblər. Adamlar mənə Karl barədə məqalələrin dərc olunduğu jurnalları gətirirlər. Mən də o jurnalları saxlayıram. Qoy o orada, mən də burada yaşayım. Övladlarım onu zorla xatırlayırlar. Qardaşımı tez-tez görmək istəyərdim", -1957-ci ildə Almaniyadan ABŞ-a mühacirət etmiş Kristiana Conson söyləyib.
 
K.Consonun 3 övladı var.
 
Milli.Az
 
 



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR