İradə İbrahimova: "4 uşaq istəyirəm"

İradə İbrahimova: "4 uşaq istəyirəm"
13:26 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

"Mən 4 uşaq istəyirəm. İki qız, iki oğlan". Bunu ANS PRESS-ə açıqlamasında "Gnə Baxan"ın qonağı olam tanınmış müğənni İradə İbrahimova deyib.

Müğənni qızı İpək üçün bacı və qardaş arzusunda olduğunu etiraf edib. "Sadəcə Allah zamanında, sağlam, xeyirli övlad qismət eləsin. Mənə də sağlamlıq versin ki, dünyaya sağlam övlad gətirim. Övladdan gözəl nə ola bilər?!".

Uzun müddətli fasilədən sonra yaradıcılığına yenidən başlayan ifaçı qızı İpəyi də özü ilə Bakıya gətirib. Müğənni Yeni ili də burada qarşılamaq niyyətindədir. Onun sözlərinə görə, azyaşlı qızı Bakıda darıxmasa da dərslərindən geri qalır. "Amma müəlliməsi dedi ki, bunun eybi yoxdur. Təki sizdən uzaqda qalmasın. Üzümüzə nə qədər yaxşı baxsalar burdayıq”.

Müğənni açıqlamasında yeni mahnılar üzərində də işlədiyini deyib. Belə ki, artıq 5 mahnı hazırdır, 3-nün üzərində isə iş gedir. Azərbaycan dilində olan mahnıların aranjemanları Türkiyədə olunub.

İfaçı Türkiyədə Şehrəzad, Sərdar Ortaç, yahudi bəstəkarı Henri, Günay Çoban, İsra Gürümsər, Azərbaycanda isə Minayə İbrahimova, Günel Sərdarqızı ilə çalışdığını deyib. "“Dəli dünya” mahnısının musiqisi və sözləri Sərdar Ortaça məxsusdur. Əgər başqa yerli bəstəkarlardan da təklif gəlsə məmnuniyyətlə razılaşaram. Arzum bəstəkar Vaqif Gərayzadədən yeni mahnı ifa etməkdir".


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR