[ 12 İyul 2015 01:47 ]



Bakı-APA. İranın nüvə proqramı üzrə danışıqların iştirakçıları razılaşmaya iyulun 12-də nail olmaq niyyətindədirlər. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə İran XİN-dəki mənbə bildirib.

““Altılıq” və İran böyük səylə çalışır. Tərəflər artıq iyulun 12-nə razılaşmaya nail olmağa çalışırlar”, deyə diplomat bildirib.

Bundan əvvəl Fransa XİN rəhbəri Loran Fabius İranın nüvə proqramı üzrə danışıqlarda həlledici məqamın yetişdiyini bildirib.