Bakıda Nigeriya vətəndaşları dəm qazından zəhərləniblər

Bakıda Nigeriya vətəndaşları dəm qazından zəhərləniblər
13:28 26 Dekabr 2014
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycanda zəhərlənmə hadisələri qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 25-də Nigeriya vətəndaşları Oneçege Lovlin Rafel və Durato Nikololas Namti Nəsimi rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Bundan əlavə dekabrın 25-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Cavid Mürsəlov dəm qazından boğulub.

Dekabrın 25-də Gəncə şəhərində isə Bakı şəhər sakini Asim Xəlilov qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Bütün faktlarla bağlı araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR