Qeyri-həyat sığortası bazarında yığım 3,8 faiz azalıb, ödəniş 8,1 faiz artıb

Qeyri-həyat sığortası bazarında yığım 3,8 faiz azalıb, ödəniş 8,1 faiz artıb
14:23 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, Samirə Quliyeva, AzərTAc
2014-cü ildə Azərbaycanda sığorta haqlarının 324,2 milyon manatı və ya 75,5 faizi qeyri-həyat sığortasının payına düşüb.
AzərTAc xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov qeyd edib ki, 2013-cü illə müqayisədə qeyri-həyat sığorta bazarı 12,7 milyon manat və ya təxminən 3,8 faiz azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 22 faizi və yaxud 71,3 milyon manatı tibbi sığortanın, 21,7 faizi və ya 70,3 milyon manatı avtomobillərin icbari sığortasının, 11,7 faizi və ya 37,8 milyon manatı kasko sığortanın, 11,2 faizi və ya 36,4 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4 faizi və ya 17,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
Ötən il sığorta ödənişlərinin 81,8 faizi və ya 128,55 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu, 2013-cü ilə nisbətən 9,6 milyon manat və ya təxminən 8,1 faiz çoxdur. Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,5 faizi və ya 48,1 milyon manatı tibbi sığortanın, 22,2 faizi və ya 28,6 milyon manatı kasko sığortanın, yəni 23,5 faizi və ya 30,2 milyon manatı avtomobillərin icbari sığortasının, 5,9 faizi və yaxud 7,6 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,9 faizi və ya 2,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici 2013-cü ildə 35,3 manat olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeyri_heyat_sigortasi_bazarinda_yigim_38_faiz_azalib_odenis_81_faiz_artib-826989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR