“AtaSığorta” ASC uşaqlar üçün ekoloji aksiya keçirdi (FOTO)

“AtaSığorta” ASC uşaqlar üçün ekoloji aksiya keçirdi (FOTO)
14:48 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

2015-ci il yanvarın 22-də “AtaSığorta” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində 2015-ci il üçün ilk xeyriyyə aksiyasını keçirmişdir.

Cümə günü şirkətdən Trend-ə daxil olan məlumata görə, “AtaSığorta” ASC Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinin uşaqları üçün ekologiyanın mühafizəsi və dibçəklərdə güllərin yetişdirilməsi üzrə tanıtım tədbiri təşkil etmişdir. Uşaqlara toxumlarla birgə dibçək hədiyyə edilmiş, təcrübəli bağban uşaqlara yeni əkilmiş güllərə qulluq barədə danışmış və bunu əyani göstərmişdir. Uşaqlar otaq bitkilərini saxlamağın faydasını da öyrənmişlər. Sonda güllər, təbiət, ekologiya üzrə suallarla viktorina keçirilmiş və qaliblərə “AtaSığorta” ASC-dən hədiyyələr təqdim edilmişdir.

“AtaSığorta” ASC-nin İdarə Heyətinin Sədr müavini Orxan Məmmədov tədbirlə bağlı qeyd etmişdir ki, aksiyanın məqsədi uşaqlarda təbiəti və ekologiyanı dərketmə münasibətini formalaşdırmaq və onlar üçün faydalı asudə vaxt təşkil etməkdir.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 18 filial, nümayəndəlik və ofislər daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR