Samux, 15 iyul, AZƏRTAC
Samuxda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Elton İsgəndərovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən yarışın finalında Sərkar və Ağasıbəyli kəndlərinin futbol komandaları qarşılaşıblar. Görüşdə 6:1 hesabı ilə qalib gələn Ağasıbəyli kəndinin komandası turnirin kubokuna sahib olub.
Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev turnirin kubokunu və xatirə hədiyyələrini futbolçulara təqdim edib.