Füzuli Hüseynov: Təkliflər gəlsə də seriallara çəkilməyə çox meylli deyiləm

Füzuli Hüseynov: Təkliflər gəlsə də seriallara çəkilməyə çox meylli deyiləm
17:48 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında iki tamaşada oynayıram. Bunlar xalq yazıçısı Elçinin “Teleskop” tragikomediyası və xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanmış eyniadlı tamaşalardır.
Bunu AzərTAc-a müsahibəsində əməkdar artist Füzuli Hüseynov deyib.
Filmlərdə rol almaqla bağlı məlumat verən F.Hüseynov bildirib ki, bir filmə artıq dəvət alıb. Bu kinorejissor Yavər Rzayevin xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında çəkdiyi “Xeyirlə Şərin rəqsi”dir. Filmin çəkilişləri hələlik dayandırılıb, yazda davam etdiriləcək. Bununla yanaşı, başqa planlar da var.
Aktyor bildirib ki, təkliflər gəlsə də seriallara çəkilməyə çox meylli deyil. Çünki bizdə hələ seriallar yüksək səviyyəyə çatmayıb. Bununla yanaşı, bir-iki zəif seriyalda rol almışam. Bunların içərisində az-çox professional olanı Ramiz Fətəliyev ssenari müəllifi olduğu “Sirr” serialı idi. Tərəf müqabilim çox hörmət etdiyim və sevdiyim Dilarə Əliyeva olduğundan həmin serialda çəkilməyə razılıq vermişdim.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_Huseynov_Teklifler_gelse_de_seriallara_chekilmeye_chox_meylli_deyilem-827081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR