Ekspertlər mənzil bazarında durğunlun gələn ilin ortalarınadək davam edəcəyini proqnozlaşdırır
Qlobal maliyyə böhranı ölkəmizdə ilk təsirini avtomobil və daşınmaz əmlak bazarına göstərib. Son 3 ayda Azərbaycanda mənzillərin qiyməti 5 faizə qədər ucuzlaşıb. Ötən illə müqayisədə bu ilin noyabrında paytaxtda mənzil satışı 3 faiz azalıb. Bundan başqa satışın həcmi də xeyli aşağı düşüb.
Banklara Yardım Tədris mərkəzinin rəhbəri Cavanşir Abdullayev Lent.az-a açıqlamasında deyib ki, mənzil bazarında ucuzlaşma, əslində, ötən ildən başlayıb. Dünyadakı maliyyə bohranı bu prosesi sadəcə bir qədər də sürətləndirib. Onun sözlərinə görə, indiyədək Bakıda və digər iri şəhərlərdə alınan mənzillərin böyük əksəriyyəti Rusiyadan gələn pulların hesabına əldə olunurdu. İndi isə dünya iqtisadi böhranı Rusiyanı daha çox vurduğundan bu ölkədə yaşayan soydaşlarımız əvvəlki kimi Azərbaycana pul göndərmirlər.
“İndi onların özlərinin iqtisadi vəziyyətində durğunluq yaranıb. Vəziyyət belə davam edərsə, xususilə kredit hesabına tikilən daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsi gözlənilir. Çünki mənzil bazarında satış getməsə, tikinti şirkətləri ilə bankların arasında problem yarana bilər. Ona görə də tikinti şirkətləri banklar qarşısındakı öhdəliklərini yerinə yeitirmək üçün gəlirlərinin bir hissəsindən əl çəkərək qiymətləri aşağı salmağa məcbur olacaqlar” – deyə, Cavanşir Abdullayev bildirib.
Ekspert bildirir iki, vəziyyət bu cür davam etisə, Bakıda mənzillərin qiyməti 12-15 faiz ucuzlaşa bilər. Onun sözlərinə görə, 2007-ci ildə bir şirkət ayda orta hesabla 4-5 mənzil satırdısa, indi 2 ayda bir ev çətinliklə satılır: “İndi ev alanlar hansısa söküntü-tikinti işləri ilə əlaqədar mənzilindən çıxarılmış və buna görə kompensasiya almış adamlardır. Başqaları indiki durumda mənzil almaq imkanına malik deyil. Çünki banklar da artıq kredit vermir. Ona görə də bəzi alqı-satqı şirkətləri fəaliyyətini məhdudlaşdırıb”.
Millət vəkili Vahid Əhmədov da mənzillərin ucuzlaşacağını proqnozlaşdırır. Amma o, qiymətin o qədər də aşağı düşəcəyini gözləmir: “İqtisadi qanunauyğunluğa görə, evlər də ucuzlaşmalıdır. Son vaxtlar armatur 1400 dollardan 800 dollaradək ucuzlaşıb. Digər tikinti materiallarının da qiyməti düşüb. Amma hələləik evlərin qiymətində ciddi dəyişiklik yoxdur. Məncə, təbii olaraq, qiymətlər indikindən bir az da aşağı düşməlidir”.
Vahid Əhmədov bildirir ki, evlərin qiymətinin 12-15 faizə qədər ucuzlaşması qaçılmaz olacaq. Onun fikrincə, başqa yol da yoxdur. Çünki ölkədə kreditləşmə imkanları məhdudlaşır, şərtlər isə ağırlaşır, faiz dərəcələri yüksəlir.
“Hətta istehlak kreditləşməsi ilə də bağlı müəyyən problemlər var. Ona görə də tikinti şirkətləri istəsə də, istəməsə də inşa etdikləri mənzilləri sata bilməyəcək. Bu isə nəticə etibğarilə evlərin ucuzlaşmasına gətirib çıxaracaq” - deyə, Vahid Əhmədov bildirib.
Millət vəkili hesab edir ki, mənzil bazarında ucuzlaşma ilin sonlarında daha aydın görünəcək. Onun sözlərinə görə, bu proses hələ bir müddət – ən azı gələn ilin ortalarınadək davam edəcək.
Elxan SALAHOV
Evlərin qiyməti 12-15 faiz ucuzlaşacaq
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda araşdırıldı
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi
Bu gün
·
17:50
“Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da
Bu gün
·
17:22
Murad Fetiyev Azərbaycana gətirildi - DTX
Bu gün
·
17:02
Prezidentin vəzifə verdiyi Sadıqov kimdir? - DOSYE
Bu gün
·
16:34
Əli Əsədov qərar imzaladı
Bu gün
·
16:32
Onlara aeroportların VİP salonlarından istifadə hüququ verildi
Bu gün
·
16:25
Prezident onu sədr təyin etdi - SƏRƏNCAM
Bu gün
·
16:17
İlham Əliyev Fərman imzaladı
Bu gün
·
16:15
Ucarda kişini elektrik cərəyanı vuraraq öldürdü
Bu gün
·
16:10
Sabah üç rayonunda qaz kəsiləcək
Bu gün
·
15:46
Arzu Nəsirli şöbə rəisi təyin olundu
Bu gün
·
15:35
Yenidən Ombudsman seçilən Səbinə Əliyeva kimdir? - Dosye
Bu gün
·
15:35
Əli Kərimlinin məhkəməsi başladı
Bu gün
·
15:28
“WhatsApp”da yayılan saxta kampaniyaya görə xəbərdarlıq
Bu gün
·
15:04
Noyabrda onları 16 günlük istirahət gözləyir
Bu gün
·
14:50