Bakı-Berlin-Bakı birbaşa aviareysinin biletləri satışa çıxarılıb

Bakı-Berlin-Bakı birbaşa aviareysinin biletləri satışa çıxarılıb
18:38 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, Ceyhun Rüstəmov, AzərTAc 
Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” Bakı-Berlin-Bakı istiqamətində birbaşa aviareysinin biletlərini satışa çıxarıb. Bu istiqamətdə ilk reys mayın 2-də həyata keçiriləcək.
Aviaşirkətdən AzərTAc-a verilən məlumat görə, biletlərin satışına yanvarın 21-dən başlanılıb. Almaniya paytaxtının Tegel hava limanına reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 07.25-də, Berlində yerə enmə yerli vaxtla saat 09.25-də nəzərdə tutulub. Təyyarə Berlindən geriyə həftənin eyni günlərində saat 10.45-də yola çıxacaq, saat 18.40-da isə Bakıya çatacaq.
Bakıdan Berlinə birbaşa aviareysin açılması Qırğızıstan, İran, Qazaxıstan və Gürcüstandan Almaniya paytaxtına səyahət edən sərnişinlər üçün də əlverişli fürsət yaradır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR