"Mançester Yunayted"in hücumçusu Ueyn Runi gələcəkdə karyerasını Şimali Amerikada davam etdirməyin əleyhinə deyil. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis futbolçu bu barədə deyib:
"Əlbəttə, indi "Yunayted"dəki çıxışım barədə düşünürəm. Müqaviləm başa çatandan sonra MLS-ə yollanmaq barədə düşünə bilərəm. Həyat yoldaşım və uşaqlarla oturub bu il üçün uyğun variantı müzakirə edəcəyik".
Qeyd edək ki, hal-hazırda Stiven Cerrard və Frenk Lempard karyerasını MLS-də davam etdirir.
Milli.Az