Ölkənin əksər bölgələrinə gedən avtobusların hərəkətində canlanma olsa da, şimal istiqamətində gedən avtobus dayanacağında böyük sərnişin sıxlığı müşahidə olunurdu. Avtobuslar gec gəldiyindən gözləyən sərnişinlərin də sayı durmadan artırdı. Elə süni qiymət artımının olmasından şikayət edənlərin əksəriyyəti də bu istiqamətə gedənlər idi. Ərazidə çəkiliş aparan ANS əməkdaşları məsələni aydınlaşdırmaq üçün Beynəlxalq Avtovağzal rəhbərliyi ilə əlaqə saxlayıb. Qurumdan bildirdilər ki, sıxlığın aradan qaldırılması üçün xəttə əlavə olaraq qiymətində razılıq əldə olunan digər sərnişin daşıma şirkətlərinin avtobusları da əlavə edilib və qiymətə də nəzarət olunur .
Odur ki, süni qiymət artımı və ya əlinizdə bilet olaraq mənzil başına gedə bilmirsizsə, avtovağzal rəhbərliyinə yaxınlaşmaqla problemnizi həll edə bilərsiniz.