Bakı, 19 iyul, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun yeni mövsüm üçün hazırlıq planları müəyyənləşib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Neftçi” təlim-məşq toplanışı keçirmək üçün iyulun 19-da Türkiyəyə yollanıb.
Avqustun 1-dək davam edəcək hazırlıq prosesində “Neftçi” üç yoxlama oyunu keçirəcək. İyulun 24-də “Neftçi” Səudiyyə Ərəbistanının “Əl-Faysali”, dörd gün sonra yerli “Antalyaspor”, iyulun 31-də isə Yunanıstanın “Panionios” klubu ilə qarşılaşacaq.