"Mançester Yunayted"in futbolçusu Ueyn Runi gələcək karyerası haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu karyerasını ABŞ-da başa vura biləcəyini deyib:

"Gələcəkdə ABŞ-da oynaya bilərəm. Ola bilsin ki, karyeramı da elə orada başa vurdum. Ancaq hazırda bütün diqqətimi "Mançester Yunayted"ə yönəltmişəm. Vaxtı gələndə Amerikadan gələcək təklifləri dəyərləndirəcəm".

Qeyd edək ki, 2004-cü ildə "Everton"dan "Mançester Yunayted"ə transfer olunan Runi "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 340 oyunda 170 qola imza atıb.

Milli.Az