Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin baş qərargahında təqdimatına hazırlıq

08:18 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Xəbər verdiyimiz kimi, yanvarın 27-də Nyu-Yorkda, BMT-nin baş qərargahında “Bakı prosesi” və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçiriləcək.
Tədbirə hazırlıq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə ABŞ-da BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) mətbuat xidmətinin rəhbəri Nihal Saad ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, V.Eyvazzadə Nihal Saadı Bakıda keçiriləcək Forumun beynəlxalq işçi qrupuna BMTSA-nın nümayəndəsi kimi təyin olunmasına görə təbrik edib. O, bu prosesdə BMTSA ilə nazirliyin əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə həm BMT-də, həm də Bakıda keçiriləcək tədbirlərin Forumun proqramı və hazırda dünyada baş verən hadisələr fonunda aktual məsələlərin bu qlobal platformada müzakirəsi ətrafında fikir mübadiləsi aparılıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR