Bakı, 21 iyul, İbrahim Əsədov, AZƏRTAC
Avropa İttifaqının Erasmus Mundus proqramının “Təhsildə davamlı inkişaf naminə transavropa mobilliyi” layihəsi uğurla həyata keçirilir.
Bu layihə çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin dörd tələbəsi və bir doktorantı Avropanın nüfuzlu universitetlərində təhsil alır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Xatırladaq ki, layihəyə BDU ilə yanaşı, Avropanın nüfuzlu universitetləri - Portuqaliyanın Lissabon Universiteti, İspaniyanın Alikante Universiteti, Korunya Universiteti, İtaliyanın Pavia Universiteti, Milan Texniki Universiteti qatılıb.