"Mançester Yunayted"in kapitanı Ueyn Runi Lui van Qaalın onu mərkəz hücumçusu kimi oynatmaq fikrinə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis forvard bu mövqedə məhsuldar oynayacağına əminliyini ifadə edib.
"Mənim optimal mövqeyim nominal hücum xəttidir. Bu mövqedə çıxış etdiyim 2 mövsümdə məhsuldarlığımla fərqlənmişəm. Məşqçi ilə birlikdə hesab edirik ki, mənim üçün ən yaxşı yer elə hücumun sivri mərkəzidir. Ümid edirəm ki, lazımi oyunu nümayiş etdirəcəm və məşqçinin etimadını doğruldacam. Şübhəsiz, üzərimdə təzyiq və məsuliyyət hiss edirəm. Əminəm ki, 20 və daha artıq qol vura bilərəm. Komandanın əsas qoleadoru olmaq vəzifəsini öhdəmə götürməyə hazıram".
Milli.Az