Bakı, 22 iyul, AZƏRTAC
“İrəli” İctimai Birliyi Avropa Komissiyasının “Avropa Könüllülük Xidməti” (EVS) proqramı üzrə akkreditasiyadan keçib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, EVS proqramı 18-30 yaşlı gənclərin müxtəlif sahələr üzrə iki aydan başlayaraq bir ilədək müddətdə Avropa ölkələrində könüllü olaraq təcrübə qazanmaları məqsədilə həyata keçirilir.
Gənclərimiz bu proqrama qoşulmaqla əcnəbi könüllü gənclərlə beynəlxalq könüllülük sahəsində təcrübə mübadiləsi etməklə yanaşı, dünyagörüşlərini və xarici dil biliklərini inkişaf etdirmək imkanı qazanırlar.