"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Rudar"ın qonağı olacaq.

Metbuat.az-ın məlumatına görə, Ağdam klubunun baş məşçqisi Qurban Qurbanov oyun öncəsi fikirlərini mətbuat nümayəndələriylə bölüşüb:

"Onlar bu oyuna yaxşı hazırlaşıblar. Nəticə qazanmaq istəyirlər. Bizi yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir.

Ancaq biz bura uduzmağa yox, yaxşı nəticə əldə etməyə gəlmişik. Bunun üçün meydana çıxacağıq".

Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə qapılara qol vurulmamışdı. "Rudar" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.