Azərbaycan, Bakı, 22 iyul /Trend/

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Hava Yolları QSC-nin (AZAL) yeni inzibati binasının tikintisinin dövlət büdcəsinin vəsaiti hesabına aparılması ilə bağlı xəbərlər dərc olunur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib ki, AZAL-ın yeni inzibati binasının tikintisinə bugünədək dövlət büdcəsindən hər hansı vəsait ayrılmayıb və gələcəkdə də ayrılması nəzərdə tutulmamışdır.

“Dövlət büdcəsindən adətən, aerovağzal binalarının, aeroportun uçuş-enmə zolağının tikintisində AZAL-a dəstək göstərilir. Eyni zamanda, QSC-yə təyyarə parkının yenilənməsi ilə əlaqədar maliyyə yardımı və kreditlərin cəlb olunmasında dəstək verilir”, -deyə M.Piriyev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az