Reanimasiyaya yerləşdirilən xalq artistindən xəbər var

Reanimasiyaya yerləşdirilən xalq artistindən xəbər var
13:22 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Azərbaycan xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti stabil ağır olaraq qalır”.

Milli.Az xəbər verir ki, bu haqda aznews.az-a açıqlamasında xalq artistinin bacısı Sevil xanım məlumat verib. O bildirib ki, N.Əhmədovanın səhhəti ilə bağlı analizlərin cavabları bu gün məlum olacaq: “Həkimlər əlindən gələni edirlər. Artıq özünə gəlib, az-az danışır. Biz də Allaha ümidliyik”.

Qeyd edək ki, xalq artisti N.Əhmədova hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə dünən Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/320752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR