“Rudar”la cavab görüşündə nəticə bizim xeyrimizə oldu. Çox istəkli idik. Çalışdıq ki, ilk matçdakı səhvləri buraxmayaq və daha uğurlu nəticə əldə edək”. Bu sözləri Apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Monteneqroda “Rudar”la cavab görüşünə çıxan “Qarabağ” 1:0 hesabı ilə qalib gələrək, adını növbəti mərhələyə yazdırdı.

Oyunla bağlı fikirlərini bölüşən Qurbanov komandasının çıxışından razılığını dilə gətirib: “Allaha şükürlər olsun ki, istəyimizə çatdıq. Uşaqlar bütün çətinliklərə baxmayaraq, yaxşı oyun göstərdilər. Komandamdan razı qaldım. Oyun planında bəzi dəyişikliklər etdik. Rəqib Bakıdakı görüşdən əvvəl bizi yaxşı analiz etmişdi. Buna görə də, bəzi dəyişikliklər etməklə istəyimizə çatmaq istədik. Buna da nail olduq”.

Qeyd edək ki, “Rudar”ı mübarizədən kənarlaşdıran “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”lə qarşılaşacaq.