Diametri 500 metr təşkil edəcək “FAST” (Aperture Spherical Radio Telescope) teleskopu bu göstərici üzrə Puerto-Rikoda yerləşən 305 metr diametrə malik Aresibo rəsədxanasını - dünyanın hazırkı ən böyük teleskopunu geridə qoyacaq.
Perimetri 1,5 km təşkil edən qurğunun 5 km radiusunda şəhərlər yerləşmir. Rəsədxana təpələrlə əhatə olunan təbii çökəklikdə quraşdırılır ki, bu da “FAST”ın fəaliyyəti üçün müvafiq şərait yaradır.
Quyçjou əyalətində yerləşəcək radioteleskopun 4450 üçbucaqşəkilli panelinin quraşdırılmasına iyulun 23-də başlanılıb.
Tikintisinə 2011-ci ildə başlanan rəsədxanada işlərin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Yeni teleskopun qiyməti 100 milyon dollar qiymətləndirilir, - “Lenta” yazır.