[ 24 Yanvar 2015 20:25 ]


Bakı-APA. “İŞİD” terror qruplaşmasının silahlıları girov götürülən iki Yaponiya vətəndaşından birini edam edib.

APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib.

Video görüntülərdə girovlardan biri “İŞİD”-in yeni tələblərindən bəhs edir. Terrorçular İordaniyada həbsdə olan “İŞİD” üzvünün sərbəst buraxılacağı təqdirdə Yaponiya vətəndaşını azad edəcəklərini bildiriblər .

Hazırda məlumat yoxlanılır.