Ağcabədi, 26 iyul, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər ötən illə müqayisədə daha çox taxıl istehsal ediblər.
AZƏRTAC xəbər verir ki, laçınlı kənd təsərrüfatı istehsalçıları Taxtakörpü ərazisində 1388,50 hektar sahədən 4253 ton məhsul götürüblər. Məhsulun 327 tonu buğda, 3926 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 30,6 sentner təşkil edib.
2015-ci ilin ümumi taxıl biçini sahəsi əvvəlki illə müqayisədə 160,50 hektar və ya 13,1 faiz, istehsal edilmiş məhsul isə 462 ton və ya 12,2 faiz çoxdur.