Nyu-Yorkda iki qadın və uşaq güllələndi

Nyu-Yorkda iki qadın və uşaq güllələndi
21:29 24 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda 34 yaşlı kişinin atəş açması nəticəsində iki qadın və uşaq ölüb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kuins rayonunun yaşayış məhəllələrindən birində qeydə alınıb.

 

İnsident nəticəsində 62  və 31 yaşlı qadın, habelə 7 yaşlı qız ölüb. Daha bir nəfər, 12 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hadisə yerindən qaçan cinayətkarın şəxsiyyətini müəyyən edib.

 

 Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR