ANS PRESS-ə açıqlama verən Samiraldo, şəkildə ətək kimi görünən geyimin əslində şort olduğunu bildirib.
"O ətək deyil, ön hissəsi qapalı şortdur. O ətəkə bənzətdiyiniz şortik 2014-cü ilin dəbidir. Artıq dəbdən düşdüyündən işə geyinirəm. Mən stilistəm, dəbi diktə edən biri ötən ilin dəbi ilə səhnəyə, efirə çıxa bilməz".

Samiraldonu qınaq obyekti edən geyimi
Samiraldo başındakı örtükün ləçək olmadığını deyir: "Başımdakı isə ləçək deyil, İtaliya istehsalı şarfdır. Belə şarflardan ərəblər, hindistanlılar və digər xalqların kişiləri başlarına bağlayır. Burda qeyri-adi bir şey görmürəm, sadəcə mən Samiraldo kimi bağlamışam. Ümumiyyətlə, mən Samiraldo kimi geyinirəm".
Stilist özünə avtomobil aldıqdan sonra daha güvənli olduğunu deyir: "Əslində bunlar mənim səhnə geyimlərimdir, artıq gündəlik geyim kimi istifadə edirəm. İctimai nəqliyyatdan istifadə etdikdə istədiyimi geyinə bilmirdim. Şəxsi avtomobilə sahibləndikdən sonra rahat şəkildə onları geyinə bilirəm. Mən səhnə geyimlərimə külli miqdarda pul xərcləmişəm, onları dolabda saxlaya bilmərəm və yaxud da dəbdən düşmüşləri ata bilmərəm".