Gümridə vəziyyət hər an dəyişə bilər

Gümridə vəziyyət hər an dəyişə bilər
23:52 24 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gündən Gümridə Rusiya konsulluğuna keşik çəkən polisin sayı artırılıb və onlar avtomatla silahlandırılıb
Milli.Az BBC-yə istinadən bildirir ki, Ermənistanın Gümri şəhərində Avetisyan ailəsinin qətlə yetirilməsi ilə bağlı gərginlik zahirən səngimiş görünsə də, istənilən anda ehtiraslar qızışa bilər, BBC Azərbaycanca müxbirinə Gümri Ağsaqqallar Şurasının üzvü Levon Barseğyan deyib.
 
Ailənin 7 üzvünün qətlində ittiham olunan Rusiya hərbçisi Valeri Permyakovun Ermənistana verilməsi tələbilə ötən həftə izdihamlı aksiyada iştirak edən bir qrup ictimai fəal əsgərin Ermənistan hüquq-mühafizəçilərinin sərəncamına verilməsi tələbilə imza toplanışına başlanıb.
 
Tələb Ermənistan prezidentinə və Milli Məclisinə ünvanlanır. Bu təşəbbüslə Gümridə ötən həftə baş vermiş izdihamlı etiraz aksiyasının bir qrup iştirakçısı çıxış edib.
Sözügedən petisiyanı “Gümridə hökm sürən əhval-ruhiyyələri və ictimai rəyi cəmləşdirərək“ fəallar qrupu hazırlayıb.
 
Tələb olunur ki, Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşməsi haqqında müqaviləyə bu bazanın yalnız müqavilə əsasında xidmət edən hərbçilərlə tamamlanması və onların müəyyən senzə uyğun gəlməsi müddəası əlavə edilsin.
 
Avetisyan ailəsinin üzvlərinin qətlə yetirilməsi üzrə istintaq aparmaq üçün Ermənistan və Rusiya İstintaq Komitələrinin birgə qərargah yaratmaq haqqında saziş imzalamaq məlumatı Gümri sakinlərini qane edə bilməz, ictimai fəal Armen Nersisyan deyir.
 
Cümə günü Gümri şəhərinə baş çəkən Rusiya Dövlət Duması nümayəndə heyətinin üzvü, Rusiya DD MDB İşləri üzrə Komitə sədrinin birinci müavini Oleq Lebedev isə cinayət işinin araşdırılması prosesinə nəzarət etmək üçün ermənistanlı həmkarları ilə müştərək deputat qrupunu yaratmaq qərarına gəldiklərini bəyan edib.
 
Hazırda Valeri Permyakov 102 saylı Rusiya hərbi bazası ərazisində saxlanır, və artıq Ermənistan müstəntiqləri tərəfindən dindirilib.
Lakin Gümri sakinləri adından imza toplayan fəallar hesab edirlər ki, “Ermənistan ərazisində cinayət törətmiş“ Permyakov Ermənistan Respublikası yurisdiksiyasına verilməlidir.
 
Etiraz aksiya iştirakçısı Armen Nersisyanın sözlərinə görə, bu gün Gümridə nisbətən sakitlikdir, lakin hər şey istənilən anda dəyişə bilər.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/48664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR