Bakı, 28 iyul, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları tərəfindən indiyədək 17 min 228 ipoteka krediti verilib.
AİF-dən AZƏRTAC-a bildirilib ki, Fondun vəsaitləri hesabına verilən ipoteka kreditləri üzrə məbləğ 695 milyon 610 min 428 manatdan çoxdur. Azərbaycan İpoteka Fondu 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.