Tovuz, 28 iyul, AZƏRTAC
İyulun 27-28-də Tovuz Olimpiya İdman Kompleksində şəhid Zaur Axundovun xatirəsinə həsr olunan taekvando üzrə uşaqlar və yeniyetmələr arasında turnir keçirilib.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışa 150-yə yaxın idmançı qatılıb. Yerli idmançılarla yanaşı, Yevlax rayonunun komandası da yarışda iştirak edib.
Qaliblərə Tovuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.