Bakı, 29 iyul, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu Afyondakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanının “Əl-Fasali” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı oyunun 20-ci dəqiqəsində Aylton açıb. Bundan sonra bir neçə qol epizodunu dəyərləndirə bilməyən “Neftçi” matçın 91-ci dəqiqəsində qapısında qol görüb. Buna baxmayaraq, cəmi 1 dəqiqə sonra Melli toru silkələyib. İspaniyalı futbolçu Rəhman Hacıyevin künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirib.
“Neftçi” ilk yoxlama oyununda yerli “Alanyaspor” komandası ilə qarşılaşıb və görüş 1:1 hesabı ilə başa çatıb.
Bakının “Neftçi” futbol klubu Səudiyyə Ərəbistanının “Əl-Fasali” komandasına qalib gəlib
Bakının “Neftçi” futbol klubu Səudiyyə Ərəbistanının “Əl-Fasali” komandasına qalib gəlib