Bakı, 30 iyul, AZƏRTAC
Məşhur pop musiqisi kralı Maykl Ceksona aid 20-dək tamamlanmamış yeni mahnı tapılıb.
AZƏRTAC Habertürk saytına istinadla bildirir ki, 1995-ci ildən pop ulduzu ilə çiyin-çiyinə çalışan, onun mahnılarının aranjemançısı Maykl Durham Prince öz kompyuterində M.Ceksonun yarımçıq qalmış mahnılarını tapıb. M.Durhman Prince qeyd edib ki, bu mahnılar pop ulduzunun səs yazısı sahəsində əməkdaşlıq etdiyi "Sony" şirkətinə məxsus olduğu üçün hazırda onların yayımlana bilməsi barədə heç bir açıqlama verə bilmir. O deyib: "Bu mahnıları bir araya gətirməklə yeni bir albom yaratmaq olar, ancaq ulduzun ölümündən sonra onun varisləri ilə şirkətin 200 milyon dollarlıq bir müqaviləsi onu deməyə əsas verir ki, 10 il ərzində "Sony" 7 musiqi albomu çıxara bilər.
Qeyd edək ki, M.Cekson 2009-cu ildə vəfat edib.