Bakı, 30 iyul, Samirə Quliyeva, AZƏRTAC
Müştərilərin hesablarına nəzarəti asanlaşdırmaq üçün "Bank of Baku" internet bankçılıq xidmətinin mobil versiyasını istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, artıq bütün smartfonlardan internet bankçılıq xidmətinə daxil olmaq mümkündür. İnternet bankçılıq xidməti müştərilərə bir sıra xidmətlər təklif edir - plastik kartların limitini yoxlamaq, kredit ödənişlərini həyata keçirmək, kartlar ilə alış-veriş zamanı xərclənən məbləğ barədə onlayn məlumat, avtomatik kredit ödənişi, kommunal xidmətlərin avtomatik ödənişi, kartın blok edilməsi, kartdan karta köçürmə, kredit sifarişi, əmanətləri barədə müfəssəl məlumat və sair.
İnternet bankçılıq xidmətinə qoşulma pulsuzdur. Xidməti aktivləşdirmək üçün bankın istənilən filialına yaxınlaşmaq və ya 145 Məlumat Mərkəzinə zəng etmək lazımdır.