Bakı, 30 iyul, AZƏRTAC
Qadınlar arasında “WTA International” seriyasından “Baku Cup-2015” Beynəlxalq tennis turnirinin beşinci günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu gün 4 təkbətək və bir qoşa görüş keçirilib.
Rumıniyadan olan Patrisia Mariya Tiq iki setdə Ukrayna tennisçisi Olqa Savçuka 7:5 və 6:4 hesabı ilə qalib gəlib. Ukraynanın digər idmançısı Oleksandra Koraşvili də Rusiyadan olan rəqibi Yevgeniya Rodinaya qalib gələ bilməyib. Görüş 2:0 hesabı ilə sonuncunun xeyrinə başa çatıb. Belçikalı Kirsten Flipkens 6:4 və 7:6 hesabı ilə Rusiya tennisçisi Vitali Dyaçenkoya qalib gəlib. İtalyan Karin Knapp isə hər iki setdə 6:1 və 6:0 hesabı ilə eston Annet Kontaveyt üzərində qələbə qazanıb. Təkbətək görüşlərin qalibləri dörddə bir finala çıxıblar.
Bu gün Misa Equti (Yaponiya) və Patriusia Mariya Tiq cütlüyü Rusiya idmançıları Marqarita Qasparyan və Anastasiya Pavlyuçenkova ilə qoşa görüşlərin yarımfinalında iştirak etmək hüququ uğrunda mübarizə aparıblar. 6:7 və 6:3 hesabı ilə sonuncular qələbə qazanıblar.
“Baku Cup-2015” Beynəlxalq tennis turnirinin beşinci günü başa çatıb