Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) dəstəyi ilə sağlamlıq imkanları məhdud istedadlı beş gənc - Murad Məmmədov, Ceyhun Mahmudov, Natiq Rəhimli, Abuzərli Əbülfəz və Orxan Əliyev Rusiyanın Yaroslavl şəhərində həyata keçirilən gənclər mübadiləsi proqramında iştirak edir.
AGAT-dan AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının inteqrativ gənclər mübadiləsi proqramı əsasında 9-cu dəfədir təşkil olunan layihə avqustun 6-dək davam edəcək.
Altmışadək gəncin iştirak etdiyi layihənin məqsədi müxtəlif ölkələrdən olan sağlamlıq imkanları məhdud gəncləri bir araya gətirmək, onların bilik və bacarıqlarını nümayiş etdirməkdir.
Layihənin növbəti illərdə AGAT-ın təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi planlaşdırılır.