Ermənistanın özü kimi girov olmaq çox piş şeydir (VİDEO)

Ermənistanın özü kimi girov olmaq çox piş şeydir (VİDEO)
00:46 26 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

Ən maraqlısı bilirsiniz indi nə olardı? Rusiya ekspertləri də həmin məktubu müzakirəyə çıxarsın və Vaşinqtonu günahkar elan etsin. Bununla da olsun əsl absurd teatrı…

Əslində burada vidalaşmaq istəyirdim. Amma Rusiya deyən kimi, onun qeyri-rəsmi ərazi bütövlüyünün tərkib hissəsi olan Ermənistanı, daha doğrusu Gümrüdə baş verən faciəyə Rusiya prezidentinin gecikmiş reaksiyasını xatırladım. Elə bir həftə əvvəl bu studiyadaca demişdik ki, Putin müraciət etsə gümrülülər, ümumiyyətlə bütün Ermənistan sakitləşəcək. Belə də oldu. Putin danışdı. Amma Putin bir həftə susmaqla Ermənistana yerini göstərdi. Yəni növbəni gözlə ya... Buranın sahibi mənəm, elə söz sahibi də. Hələ ki, susuram. Çünki daha ciddi işlərim var dedi. Dedi ki, Petropavovska qar təmizləyən maşınlar göndərilməsi ilə bağlı hesabat var növbədə. Barvixada tikintisi planlaşdırılan yeni xəstəxana üçün eksklüziv san-uzelləri şəxsən bəyənməliyəm, xizəyimin sıradan çıxmış remeninə deşik açmalıyam və yalnız bu vacib işlərdən sonra Ermənistan mövzusuna dönməliyəm. Gözləməyib neyləcəyəkdilər ki, gözlədilər əlbəttə. Necə deyərlər sualtı gəmidən hara qaçacaqsınız. Gözlə deyirlər gözlə. Qısası Rusiya danışdı, ermənilər susdu… Amma Rusiya da ikibaşlı danışdı. Lap bayrağının qartalı kimi. Moskvada keçirdiyi mətbuat konfransında xarici işlər naziri Lavrov nədənsə birdən-birə Rusiyanın erməni girovluğunda olan azərbaycanlı vətəndaşını xatırlatdı. Bildirdi ki, onun taleyi ilə məşğuluq. Danışıqlar aparırıq. Bu sizcə eyham deyildi? Baxın aaaa… Siz bizdən qatil tələb edirsiniz… Biz də sizdən öz vətəndaşımızı tələb edə bilərik.

Doğrudan da girov olmaq çox pis şeydir. Və mən bu cümləni deyəndə heç də Dilqəm və Şahbazı nəzərdə tutmuram. Ümumiyyətlə girov olmaq, lap elə Ermənistanın özü kimi girov olmaq çox piş şeydir.

Mənbə
Hesabat: Mir Şahin


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR