Bakı, 3 avqust, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov avqustun 6-da saat 10:00-da Qazax şəhərindəki Olimpiya Kompleksində vətəndaşlar üçün qəbul keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonları sakinlərinin müraciətlərinə baxılacaq və lazımi tədbirlər görüləcək.
Vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in “168 - Qaynar xətt”i, həmçinin Qazax şəhəri 2 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi ilə (telefonlar: 050-330-95-49, 050-349-02-83, 022-29-5-12-49) əlaqə saxlamaları xahiş olunur.